04.11.2021
4 noyabr 2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət Goranboy rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr edilmiş “Səninlə fəxr edirəm, Azərbaycan əsgəri “adlı tədbir keçirildi.
Tədbirdə 44 günlük Vətən müharibəsinin canlı şahidləri-qazilər iştirak etdi.Tədbiri Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O, qeyd etdi ki, bu müharibədəki qələbəmiz xalq, dövlət və ordumuzun yenilməz birliyi nəticəsində mümkün oldu.
Qazi Abdullayev Eldəniz çıxış edərək keçdiyi döyüş yolundan danışdı. Zəfər qələbəsinin qazanılmasında Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun rəşadətindən söz açdı.Bizə bu qələbə sevincini yaşadan şəhidlərin ruhuna ehtiramını bildirdi.Qazilərimizə can sağlığı arzuladı.
Qazi atası Muradov Səməndər çıxış edərək Azərbaycan xalqını dünyanın ən qəhrəman xalqı adlandırdı. Qazi atası kimi, hərbi xidmətdə olan oğul atası kimi böyük qürur hissi keçirdiyini bildirdi.
Qazilər Məhərrəmov Rəşad, Mirəliyev Məftun,Səlimov Elvin , Quliyev Vüsal ,Abışov Anar , Həsənli Rəfqan , Xəyyam Hüseynov ,Süleymanov Nemət də çıxış edərək 44 günlük müharibədə göstərdikləri şücaətdən danışdılar. Onlara göstərdikləri qayğıya görə dövlətimizə, xalqımıza öz minnətdarlıqlarını bildirdilər.
Zəfər sevinci üçün tədbirə qatılan Aşıqlar Yolçu Salmanov və Elzamin Rəhimov öz telli sazlarını səsləndirdilər.Qəhrəmanların şəninə mahnılar oxdudular.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova tədbirdə iştirak etdiklərinə görə qazilərə öz təşəkkürünü bildirdi.